Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasının ümumi müzakirələrində iştirak etmək üçün ABŞ-a səfər edəcək.
Qarabaginfo.az xəbər verir ki, Ərdoğan sentyabrın 20-23-də ABŞ-da səfərdə olacaq.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran sosial şəbəkə hesabında bildirib ki, Ərdoğan sentyabrın 22-də BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələrinin ilk günündə çıxış edəcək.
Builki sessiya “Etimadı yenidən qurmaq, transformasiyanı idarə etmək: Hər kəs üçün nəticə verən Birləşmiş Millətlər Təşkilatı” mövzusu ilə keçiriləcək.
Məlumata görə, Türkiyə prezidenti səfər çərçivəsində BMT-nin baş katibi ilə yanaşı, müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər keçirəcək.
Ərdoğanın ABŞ-da yaşayan Türkiyə vətəndaşlarının nümayəndələri, türk-amerikan iş dünyasının təmsilçiləri və beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə keçiriləcək müxtəlif tədbirlərə də qatılması gözlənilir.