Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Tramp bir sıra jurnalistlərin Ağ Evə girişini qadağan edib
Ana Sayfa > Karusel / Dünya > Tramp bir sıra jurnalistlərin Ağ Evə girişini qadağan edib

Tramp bir sıra jurnalistlərin Ağ Evə girişini qadağan edib


Bu gün, 10:05. Yazar: Admin

Tramp bir sıra jurnalistlərin Ağ Evə girişini qadağan edib

ABŞ Prezidenti Donald Tramp, administrasiyası haqqında yalan məlumatlar yaydıqları səbəbilə CNN, “MS NOW” telekanallarının və “Politico” qəzetinin jurnalistlərinin Ağ Evə girişinə icazəni ləğv etdiyini açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, Tramp bu barədə öz “Truth Social” hesabında məlumat verib.

“Yalan məlumatlar yayan CNN, “MS NOW” və “Politico”nun Ağ Evə girişinə dərhal son qoyduğumu qürurla bildirirəm. “Politico”ya vicdansız Co Bayden administrasiyası tərəfindən qanunsuz və absurd şəkildə rekord məbləğdə - 8 milyon dollarlıq abunə rəsmiləşdirilmişdi. Bu vəsait birbaşa ABŞ hökumətindən daxil olurdu ki, onu ayaqda saxlasın. Mənə görə, bu, korrupsiyadır”, – Tramp yazıb.

Tramp qeyd edib ki, media ABŞ prezidentini, administrasiyası və ya ABŞ-ın fəaliyyətini işıqlandırarkən davamlı olaraq uydurma məlumatlar və yalanlar yaymaq imkanına malik olmamalıdır.

“Onların ardınca digər media qurumları da gələcək”, - Tramp əlavə edib.


Geri dön