Ziya Bünyadov prospektinin bir hissəsində avtobus zolağının qüvvədəolma müddəti bir saat artırılıb
Avtobusların qrafikə uyğun gecikmədən hərəkət etməsi məqsədilə Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinədək olan hissəsində (“20 Yanvar” metrostansiyası istiqamətində) avtobus zolağının qüvvədəolma müddəti axşam saatlarında 1 saat artırılıb.
Bununla bağlı həmin yol sahəsində avtobus zolağının qüvvədəolma vaxtını göstərən yol nişanında dəyişiklik edilib. Əvvəl xüsusi hərəkət zolağının qüvvədəolma müddəti axşam saatlarında 17:00–20:00 idisə, hazırda 17:00–21:00 aralığındadır.
Sürücülərə dəyişikliyi nəzərə alaraq diqqətli olmaları tövsiyə olunur.
