Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Bloomberg: ABŞ Tramp-Si Cinpin görüşünədək Çinə qarşı yeni rüsumlar tətbiq etməyəcək
Ana Sayfa > Karusel / Dünya > Bloomberg: ABŞ Tramp-Si Cinpin görüşünədək Çinə qarşı yeni rüsumlar tətbiq etməyəcək

Bloomberg: ABŞ Tramp-Si Cinpin görüşünədək Çinə qarşı yeni rüsumlar tətbiq etməyəcək


Bu gün, 08:47. Yazar: Admin

ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Cinpin

ABŞ administrasiyası Çin Sədri Si Cinpinin gözlənilən Vaşinqton səfəri və ABŞ Prezidenti Donald Trampla görüşünədək Çinə qarşı yeni gömrük rüsumlarının tətbiqini təxirə salmağı planlaşdırır.

Bu barədə “Bloomberg“ məlumatlı mənbələrə istinadən xəbər yayıb.

Məlumata görə, yeni rüsumların elanının Tramp-Si Cinpin görüşündən sonraya saxlanılması gözlənilir.

Bloomberg“ daha əvvəl ABŞ administrasiyasının apardığı ticarət araşdırmasının nəticələri əsasında Çin məhsullarına əlavə 7,5 faizlik rüsumların tətbiqinin tövsiyə edildiyini bildirmişdi.

Agentliyin məlumatına görə, Vaşinqton rüsumlarla bağlı qərarın elanını daha sonrakı tarixə keçirmək qərarına gəlib. Bu addımın səbəbi açıqlanmayıb. ABŞ-nin sonda Çin məhsullarına hansı həcmdə əlavə rüsum tətbiq edəcəyi də hələlik məlum deyil.

Tramp daha əvvəl Si Cinpinin sentyabrın 24-də Vaşinqtona səfər edəcəyini gözlədiyini açıqlayıb.


Geri dön