Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Axios: Ağ Ev İranın müharibədən sonrakı çəkindirilməsi strategiyasını hazırlayır
Ana Sayfa > Karusel / Dünya > Axios: Ağ Ev İranın müharibədən sonrakı çəkindirilməsi strategiyasını hazırlayır

Axios: Ağ Ev İranın müharibədən sonrakı çəkindirilməsi strategiyasını hazırlayır


Bu gün, 08:40. Yazar: Admin

Axios: Ağ Ev İranın müharibədən sonrakı çəkindirilməsi strategiyasını hazırlayır

Ağ Ev İranla müharibə başa çatdıqdan sonra Tehranı çəkindirməyə yönəlmiş yeni regional strategiya üzərində işləyir.

Bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, plan regional müttəfiqlərin İranın çəkindirilməsində daha fəal iştirakını və İsraillə region ölkələri arasında münasibətlərin normallaşdırılması prosesinin genişləndirilməsini nəzərdə tutur.

Strategiyanın hazırlanması hələ ilkin mərhələdədir. ABŞ administrasiyası Donald Trampın prezidentlik müddətinin son iki ilində İranla müharibədən sonrakı Yaxın Şərq siyasətinin əsas istiqamətlərini müəyyənləşdirməyə çalışır.

“Axios”un məlumatına görə, Tramp gələn həftə Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşməyi və regiondakı vəziyyəti müzakirə etməyi planlaşdırır.


Geri dön