Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Pentaqon “Lockheed Martin”lə AIM-260 raketlərinin istehsalının artırılması barədə razılaşıb
Ana Sayfa > Karusel / Dünya > Pentaqon “Lockheed Martin”lə AIM-260 raketlərinin istehsalının artırılması barədə razılaşıb

Pentaqon “Lockheed Martin”lə AIM-260 raketlərinin istehsalının artırılması barədə razılaşıb


Bu gün, 08:35. Yazar: Admin

Pentaqon “Lockheed Martin”lə AIM-260 raketlərinin istehsalının artırılması barədə razılaşıb

ABŞ Müdafiə Nazirliyi “Lockheed Martin” korporasiyası ilə ən yeni AIM-260 “hava-hava” tipli taktiki raketlərin istehsalının genişləndirilməsinə dair çərçivə sazişi bağlayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

ABŞ Müdafiə Nazirliyi razılaşmanın detalları barədə məlumat verməyib. Bildirilib ki, sənəd Pentaqonun AIM-260 raketlərini bir neçə il ərzində satın almaq niyyətini əks etdirir.

Razılaşma, həmçinin bu raketlərin ABŞ-nin xarici müttəfiqlərinə tədarük həcminin artırılmasını nəzərdə tutur.

“Lockheed Martin” öz növbəsində bildirib ki, razılaşmanın AIM-260 raketlərinin satın alınmasına dair çoxillik müqavilənin imzalanması ilə nəticələnməsi nəzərdə tutulur. Yekun razılaşma ABŞ Konqresinin təsdiqini tələb edir.

Şirkətin məlumatına görə, AIM-260 raketləri F-22 və F-35 beşinci nəsil döyüş təyyarələrinin silahlanmasına daxildir.


Geri dön