Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Samvel Karapetyanın ev dustaqlığının müddəti uzadılıb
Ana Sayfa > Karusel / Region > Samvel Karapetyanın ev dustaqlığının müddəti uzadılıb

Samvel Karapetyanın ev dustaqlığının müddəti uzadılıb


Bu gün, 08:24. Yazar: Admin

Samvel Karapetyanın ev dustaqlığının müddəti uzadılıb

Ermənistanın Korrupsiyaya qarşı mübarizə məhkəməsi “Güclü Ermənistan” blokunun lideri, iş adamı Samvel Karapetyanın ev dustaqlığının müddətini daha iki ay uzadıb.

Ermənistan mediasının məlumatına görə, məhkəmənin qərarını hakim Vahe Dolmazyan elan edib.

Hakim bildirib ki, işin gedişi, o cümlədən şahid ifadələrinin məzmunu nəzərə alınmaqla, ev dustaqlığının tətbiq edilməsinə əsas verən halların hələ aradan qalxmadığı qənaətinə gəlinib.

Bu səbəbdən Samvel Karapetyanın barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin daha iki ay uzadılması barədə qərar qəbul olunub.


Geri dön