Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Cəlilabadın Xudutəpə yaşayış məskənində arxeoloji qazıntılara başlanılıb
Ana Sayfa > Karusel / Dünya > Cəlilabadın Xudutəpə yaşayış məskənində arxeoloji qazıntılara başlanılıb

Cəlilabadın Xudutəpə yaşayış məskənində arxeoloji qazıntılara başlanılıb


Bu gün, 08:22. Yazar: Admin

Cəlilabadın Xudutəpə yaşayış məskənində arxeoloji qazıntılara başlanılıb

Cəlilabad rayonunun Xudutəpə yaşayış məskənində arxeoloji qazıntı işlərinə başlanılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə APA-nın Cənub bürosuna tarix üzrə fəlsəfə doktoru, arxeoloq Anar Ağalarzadə məlumat verib.

Hazırda abidənin ərazisində mütəxəssislər tərəfindən tədqiqat və qazıntı işləri aparılır. Araşdırmalar nəticəsində yaşayış məskəninin tarixi, burada məskunlaşmış insanların həyat tərzi və maddi-mədəni irsi ilə bağlı yeni faktların üzə çıxacağı gözlənilir.

Qazıntılar zamanı aşkar ediləcək arxeoloji materialların Xudutəpə yaşayış məskəninin tarixinin daha ətraflı öyrənilməsinə imkan yaradacağı bildirilir.

 


Geri dön