Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda körpələrə Polad adının verilməsi kəskin artıb

Azərbaycanda körpələrə Polad adının verilməsi kəskin artıb


3-02-2021, 17:37. Yazar: Admin

Yanvar ayında doğumu qeydə alınmış 12 uşağa Polad adı verilib.

Qarabaginfo.az xəbər verir ki, uşaqlara bu adın verilməsi 2020-ci ildə və bu ilin ilk ayında əvvəlki illərlə müqayisədə kəskin artıb.

Bu ad ən çox 2020-ci il ərzində məşhurlaşıb. Belə ki, ötən il Polad adı 193 uşağa qoyulub. Müqayisə üçün bildirək ki, 2018-ci ildə 55 uşağa, 2019-cu ildə isə 53 uşağa Polad adı verilmişdi.

Qeyd edək ki, Polad adı general-mayor Polad Həşimovun şəhid olmasından sonra populyarlaşıb. P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. O, iyulun 15-də II Fəxri Xiyabanda dəfn olunub. 2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib.

 


Geri dön