Rusiya Ermənistanın Avropaya inteqrasiyasını maliyyələşdirməyəcək.
Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.
O, İrəvanın NATO ilə əməkdaşlığı genişləndirmək istəyinə və Avrasiya İqtisadi İttifaqı və KTMT-yə qarşı istehlakçı münasibətinə işarə edib.
Şoyqu qeyd edib ki, Rusiya Cənubi Qafqazda sülhün, cənub tərəfdaşları ilə ünsiyyətin və təhdidlərin olmamasının təmin edilməsində maraqlıdır: “Cənubi Qafqazda Qərbə yalnız resurslar və logistika marşrutları üzərində nəzarət lazımdır. Qərbin planlarına Rusiyanın Qlobal Cənubla qarşılıqlı əlaqələrini azaltmaq və onu qlobal proseslərdən təcrid etmək daxildir. ABŞ-la Avropa Rusiya və İranın mövqelərini zəiflətməkdə və Cənubi Qafqazda öz qaydalarını yaratmaqda maraqlıdır”.
Şoyqu bildirib ki, Moskva ilə Bakının münasibətlərindəki böhran həll olunub, indi əməkdaşlıq inkişaf etdirilməlidir: “Məmnuniyyətlə qeyd edirik ki, ikitərəfli münasibətlərdəki son böhran Moskva və Bakının birgə səyləri nəticəsində aradan qaldırılıb. İndi ortaq məqsəd Rusiya-Azərbaycan əməkdaşlığının liderlərin əldə etdiyi razılaşmalara uyğun olaraq davamlı şəkildə inkişaf etməsini təmin etməkdir”.
Şoyqunun sözlərinə görə, Rusiya hesab edir ki, Azərbaycanla münasibətlər ikitərəfli hüquqi baza, o cümlədən ən yüksək səviyyədə imzalanmış Müttəfiqlik Əməkdaşlığı haqqında Bəyannamə, eləcə də mehriban qonşuluq və tərəfdaşlıq prinsipləri əsasında inkişaf etməlidir.
O, “Qərbin Gürcüstandakı siyasi vəziyyətə həyasızcasına müdaxilə etməyə çalışdığını, Rusiyanın isə Gürcüstanla iqtisadi və humanitar əlaqələrin inkişafına kömək etməyə hazır olduğunu” vurğulayıb.