Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Kobaxidze Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb
Ana Sayfa > Karusel / Region > Kobaxidze Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb

Kobaxidze Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb


Bu gün, 15:13. Yazar: Admin

Kobaxidze Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana yeni təyin olunmuş səfir Giorgi Zakaraşvili ilə görüş keçirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

İrakli Kobaxidze diplomatı təyinatı münasibətilə təbrik edərək ona uğurlar arzulayıb. Görüşdə Azərbaycanla strateji tərəfdaşlığın daha da dərinləşdirilməsində səfirin rolunun əhəmiyyəti vurğulanıb.


Qeyd edək ki, Giorgi Zakaraşvili oktyabrın 1-dən Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinin icrasına başlayacaq.


Geri dön