Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Erməni nazir: Azərbaycandan idxal benzinin qiymətinin daha yüksək səviyyəyə çatmasının qarşısını alıb
Ana Sayfa > Karusel / Region > Erməni nazir: Azərbaycandan idxal benzinin qiymətinin daha yüksək səviyyəyə çatmasının qarşısını alıb

Erməni nazir: Azərbaycandan idxal benzinin qiymətinin daha yüksək səviyyəyə çatmasının qarşısını alıb


Bu gün, 14:55. Yazar: Admin

Ermənistanın iqtisadiyyat naziri Qevorq Papoyan

 

Ermənistanın iqtisadiyyat naziri Qevorq Papoyan ölkədə benzinin qiymətinin dünya bazarları ilə müqayisədə daha az artdığını bildirib.

Ermənistan mediası xəbər verir ki, Papoyan bu barədə jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, Azərbaycandan benzin idxalı Ermənistanda qiymət artımının daha yüksək səviyyəyə çatmasının qarşısını alıb.

“Alternativlər, xüsusilə Azərbaycan benzini olmasaydı, benzinin qiyməti beynəlxalq bazarlarda olduğu kimi kəskin artardı. Dünya bazarları ilə müqayisədə biz benzinin qiymətinin ən az artdığı ölkələrdən biriyik. Ümumilikdə, bütün dünyada benzinin qiyməti kəskin artıb. Biz Azərbaycandan benzin alırdıq ki, onun qiyməti bir neçə dəfə deyil, faizlərlə artsın”, - Papoyan bildirib.

O qeyd edib ki, eyni vəziyyət mayeləşdirilmiş qazın qiymətinə də aiddir.

Papoyanın sözlərinə görə, alternativ yanacaq mənbələrinin mövcudluğu Ermənistanda qiymət artımının miqyasına təsir edib.


Geri dön