Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Mədəniyyət > “Şərikli çörək” filminin ssenaristi, şair Alla Axundova vəfat edib
“Şərikli çörək” filminin ssenaristi, şair Alla Axundova vəfat edibBu gün, 08:26. Yazar: Admin |
|
Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, ssenarist, şair, tərcüməçi Alla Axundova vəfat edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Abuzər Bağırov məlumat verib. Qeyd edək ki, Alla Axundova 1939-cu ildə Moskvada anadan olub. 1964-cü ildə Maksim Qorki adına Ədəbiyyat İnstitutunu, 1967-ci ildə isə Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsini bitirib. O, 1970-ci ildə Azərbaycan SSR Dövlət Mükafatı laureatı, 1988-ci ildə Azərbaycan SSR Əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülüb. Alla Axundova “Şərikli çörək” və “Alma almaya bənzər” filmlərinin ssenari müəllifidir. O, həmçinin Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrinin əsərlərini rus dilinə tərcümə edib. 1970-ci illərin məşhur rus tənqidçisi Stanislav Lesnovski Alla Axundovanı SSRİ-də müasir qadın poeziyasının üç əsas "sütun"undan biri adlandırıb. Geri dön |