Ana Sayfa > Karusel / Gündəm / Qarabağ > Bu gün daha bir şəhid DƏFN OLUNDU

Bu gün daha bir şəhid DƏFN OLUNDU


3-02-2021, 16:39. Yazar: Admin

Vətən müharibəsində şəhid olan əsgər İmişlidə dəfn edilib.

Qarabaginfo.az APA-ya istinadən xəbər verir ki, Vətən müharibəsində şəhid olan İmişli rayonu Əliqulular kənd sakini, 2000-ci il təvəllüdlü, əsgər İsmayılov Rəcəb Nəcəf oğlunun nəşi bu gün doğulduğu Əliqulular kəndinə aparılaraq torpağa tapşırılıb. Onun oktyabrın 30-da Laçının Güləbird kəndində gedən döyüşlərdə şəhid olduğu bildirilir. 

R.İsmayılov ölümündən sonra "Cəsur döyüşçü" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib. 


Geri dön