ABŞ Prezidenti Donald Tramp administrasiyası Rusiyaya qarşı sanksiya siyasətini davam etdirir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Yekaterinburqda keçirilən Beynəlxalq Gənclər Festivalında çıxışı zamanı bildirib.
“Əvvəllər Prezident Tramp deyirdi ki, “bu, Baydenin müharibəsidir, əgər prezident mən olsaydım, heç kim bu müharibəni başlamazdı”. Lakin indi bu, artıq hazırkı administrasiyanın da müharibəsidir. Bayden dövründə tətbiq edilən bütün sanksiyalar Tramp administrasiyası tərəfindən istisnasız olaraq uzadılıb, fiziki və hüquqi şəxslərə qarşı çoxsaylı yeni sanksiyalar tətbiq edilib”, – Lavrov qeyd edib.