Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Kavelaşvili: Gürcüstanla Azərbaycanı ortaq regional maraqlar birləşdirir
Ana Sayfa > Karusel / Region > Kavelaşvili: Gürcüstanla Azərbaycanı ortaq regional maraqlar birləşdirir

Kavelaşvili: Gürcüstanla Azərbaycanı ortaq regional maraqlar birləşdirir


16-09-2026, 16:44. Yazar: Admin

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili

 

Gürcüstan və Azərbaycanı strateji tərəfdaşlıq birləşdirir.

Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, hər iki ölkəni çoxillik dostluq, qarşılıqlı hörmət və ortaq regional maraqlar birləşdirir.

“Gürcüstan üçün regional sülhün, sabitliyin və iqtisadi inkişafın təşviq edilməsi məqsədilə ölkələrimizin malik olduğu imkanlardan tam şəkildə istifadə olunması xüsusi əhəmiyyət kəsb edir”, - dövlət başçısı qeyd edib.

Mixeil Kavelaşvili yeni təyin olunmuş səfir Giorgi Zakaraşvilinin fəaliyyətinin Gürcüstanla Azərbaycan arasında münasibətlərin daha da dərinləşdirilməsinə töhfə verəcəyinə inandığını vurğulayıb.


Geri dön