Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > “ABŞ-ın gücü İrana qarşı geniş kampaniya aparmağa imkan verir” –Maliyyə naziri
Ana Sayfa > Karusel / Siyasət > “ABŞ-ın gücü İrana qarşı geniş kampaniya aparmağa imkan verir” –Maliyyə naziri

“ABŞ-ın gücü İrana qarşı geniş kampaniya aparmağa imkan verir” –Maliyyə naziri


Bu gün, 20:03. Yazar: Admin

 

ABŞ iqtisadiyyatının gücü Vaşinqtona İran İslam Respublikasına və onu dəstəkləyənlərə qarşı genişmiqyaslı iqtisadi təcrid kampaniyası aparmağa imkan verir.

Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent Nümayəndələr Palatasının Maliyyə Xidmətləri Komitəsində keçirilən dinləmədə ifadə verərkən bildirib.

“Prezident Tramp özündən əvvəlki administrasiyaların uzun müddət təxirə saldığı addımları atıb. Onun rəhbərliyi altında Amerika artıq İran təhlükəsini idarə etməklə kifayətlənmir, bu təhlükəyə son qoyur”, – deyə nazir vurğulayıb.

Bessentin sözlərinə görə, ABŞ iqtisadiyyatının yenidən güclənməsi ölkənin rəqiblərinə qarşı güc mövqeyindən fəaliyyət imkanlarını artırır.


Geri dön