Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu ay Nyu-Yorkda görüşməyi planlaşdırırlar
Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu ay Nyu-Yorkda görüşməyi planlaşdırırlar

Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu ay Nyu-Yorkda görüşməyi planlaşdırırlar


Bu gün, 13:12. Yazar: Admin

Ceyhun Bayramov, Ararat Mirzoyan,

 

Ermənistan və Azərbaycan xarici işlər nazirləri bu ay Nyu-Yorkda görüşməyi planlaşdırırlar.

Bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Azadlıq Radiosu”nun erməni xidmətinin sualına cavab olaraq bildirib.

“Biz BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda görüşməyi planlaşdırırıq. Yekun razılaşma yoxdur, bu, qrafikdən asılıdır”, - Mirzoyan görüşün gündəliyini ətraflı izah etmədən deyib.

 

Qeyd edək ki, BMT Baş Assambleyasının 81-ci sessiyası sentyabrın 8-də Nyu-Yorkda işə başlayıb.

İki ölkənin xarici işlər nazirləri arasında son görüş sentyabrın əvvəlində Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutub. Görüşdən sonra Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Mirzoyanla bir sıra məsələlər barədə fikir mübadiləsi apardıqlarını və yaxın gələcəkdə yenidən görüşəcəklərini bildirib.


Geri dön