Ana Sayfa > Karusel / Region > Türkiyədə meşədə başlayan yanğın yaşayış məntəqələrinə yaxınlaşıb, sakinlər təxliyə edilir
Türkiyədə meşədə başlayan yanğın yaşayış məntəqələrinə yaxınlaşıb, sakinlər təxliyə edilirBu gün, 07:58. Yazar: Admin |
|
Türkiyənin Muğla vilayətinin Fethiye rayonunda meşəlik ərazidə yanğın başlayıb. Qarabaginfo.az xəbər verir ki, Türkiyə vaxtı ilə saat 19:30 radələrində başlayan yanğın qısa müddətdə yaşayış məskənlərinə yaxınlaşıb. Yanğınla əlaqədar yaxınlıqda yerləşən evlərin sakinlərinin təxliyəsinə başlanılıb. Əraziyə Muğla Meşə Regional İdarəsinin əməkdaşları və yanğınsöndürmə briqadaları cəlb olunub. Geri dön |