Ana Sayfa > Karusel / Dünya > Azərbaycanın yeni daimi nümayəndəsi etimadnaməsini UNESCO-nun baş direktoruna təqdim edib
Azərbaycanın yeni daimi nümayəndəsi etimadnaməsini UNESCO-nun baş direktoruna təqdim edibBu gün, 16:56. Yazar: Admin |
|
Azərbaycanın UNESCO yanında yeni daimi nümayəndəsi Fəxrəddin İsmayılov etimadnaməsini təşkilatın baş direktoru Xalid əl-Ənaniyə təqdim edib. Qarabaginfo.az xəbər verir ki, o, bu barədə “X” hesabında bildirib. Fəxrəddin İsmayılov Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi kimi vəzifəsinin icrasına başladığını qeyd edib. Qeyd edək ki, Fəxrəddin İsmayılov bu il avqustun 6-da Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb, Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilib. Geri dön |