Ana Sayfa > Karusel / Siyasət > Lavrov: Ermənistan Avrasiya İqtisadi İttifaqının hesabına inkişaf edib
Lavrov: Ermənistan Avrasiya İqtisadi İttifaqının hesabına inkişaf edibBu gün, 11:45. Yazar: Admin |
|
“Avrasiya İqtisadi İttifaqı ölkələri may sammitində Ermənistan rəhbərliyini referendum keçirməyə və qərar verməyə çağıran bəyanat yayıblar: siz Avropa İttifaqına daxil olmaq, yoxsa Avrasiya İqtisadi İttifaqında qalmaq istəyirsiniz? Məncə, tamamilə haqlı tələbdir. Bir təşkilatın normaları digərinin normaları ilə uyğun gəlmir. Artıq bu barədə çox danışılıb”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov RBK-ya müsahibəsində deyib. “Lakin Ermənistanın Baş naziri cənab Paşinyan deyib ki, vaxtı gələndə qərar verəcəyəm. Bəs Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin başlanmasına dair qanun qəbul etmisinizsə, “vaxtı gələndə” nə deməkdir? Bu günlərdə oxudum, cənab Paşinyan bildirib ki, Avropa İttifaqına ərizə veriləndə referendumdan danışmaq mümkün olacaq, ona reaksiya veriləcək və bu üzvlüyün “yol xəritəsi” hazırlanacaq, o zaman referendum da olacaq. Bu, mənim fikrimcə, erməni seçicilərinə və erməni xalqına çox da böyük etimaddan xəbər vermir. Dürüst bir seçim etməlisiniz”, - Lavrov vurğulayıb. Rusiya XİN rəhbəri hesab edir ki, Ermənistan Avrasiya İqtisadi İttifaqının hesabına inkişaf edib. Geri dön |