Ana Sayfa > Karusel / Multimedia > Azərbaycanda real biznes çağırışına 300-dən çox süni intellekt həlli təqdim edilib

Azərbaycanda real biznes çağırışına 300-dən çox süni intellekt həlli təqdim edilib


Bu gün, 11:42. Yazar: Admin

Azərbaycanda real biznes çağırışına 300-dən çox süni intellekt həlli təqdim edilib

AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzinin (MSİM) yaratdığı “DataRace” platformasının “Apar”ın tərəfdaşlığı ilə keçirilən ilk yarışında real biznes çağırışına 300-dən çox süni intellekt yanaşması təqdim olunub.

Qarabaginfo.az xəbər verir ki, “İstifadəçi Rəylərinin Təsnifatı” (User Feedback Classification)mövzusuna həsr olunan yarışda iştirakçılar böyük həcmdə istifadəçi rəylərinin avtomatik təhlili və kateqoriyalaşdırılması üzrə yanaşmalar hazırlayıblar. İlk yarışa ümumilikdə 600-dən çox iştirakçı maraq göstərib.

“DataRace” real sektor çağırışlarını Sİ və data istedadları ilə bir araya gətirərək onların bilik və bacarıqlarının praktiki problemlərin həllinə yönəldilməsi üçün mühit formalaşdırır.


Geri dön