Ana Sayfa > Karusel / Dünya > ABŞ hərbçiləri Meksika sərhədi yaxınlığında narkokartelə məxsus üç dronu lazer silahı ilə vurub

ABŞ hərbçiləri Meksika sərhədi yaxınlığında narkokartelə məxsus üç dronu lazer silahı ilə vurub


Bu gün, 08:13. Yazar: Admin

ABŞ hərbçiləri Meksika sərhədi yaxınlığında narkokartelə məxsus üç dronu lazer silahı ilə vurub

ABŞ hərbçiləri Meksika ilə sərhəd yaxınlığında Meksika narkokartelinə məxsus üç pilotsuz uçuş aparatını lazer silahından istifadə etməklə vurub.

Bu barədə “Reuters“ ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) və ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığı (NORTHCOM) çoxməqsədli AMP-HEL lazer qurğusundan istifadə edib.

Əməliyyatın keçirildiyi ərazi açıqlanmayıb. “Reuters“ dronların ABŞ, yoxsa Meksika ərazisi üzərində vurulduğunu müəyyənləşdirə bilməyib.

ABŞ Silahlı Qüvvələrinin açıqlamasına görə, dronlar amerikalı hərbçilər və Gömrük və Sərhəd Mühafizəsi əməkdaşları üçün “fiziki təhlükə” yaradıb.


Geri dön