Ana Sayfa > Karusel / Multimedia > İlin ikinci Ay tutulması başlayıb, Azərbaycanda da müşahidə edilir

İlin ikinci Ay tutulması başlayıb, Azərbaycanda da müşahidə edilir


Bu gün, 08:10. Yazar: Admin

İlin ikinci Ay tutulması başlayıb, Azərbaycanda da müşahidə edilir

2026-cı ilin ikinci Ay tutulması başlayıb.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Qarabaginfo.az-a verilən məlumata görə, bu dəfə Ay Yer kürəsinin yalnız kölgəsinin bir hissəsindən keçərək və qismən tutulma müşahidə olunur.

Belə ki, Yarımkölgəli Ay tutulması 05:23:55- də, qismən tutulma saat 06:33:48-də başlayacaq. Tutulmanın maksimumu saat 08:12:53-də olacaq. Qismən tutulma saat 09:51:55-də, yarımkölgəli Ay tutulması saat 11:01:41-də başa çatacaq.

Tutulma Avropa, Afrika, Asiya və Amerikadan görünəcək. Azərbaycan ərazisindən yarımkölgəli Ay tutulmasının yalnız bir hissəsini səhər saat 05:23-dən 05:55-ə - Ay batana qədər müşahidə etmək mümkün olacaq.


Geri dön