Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Möhsün Rzai: ABŞ təxribat törətsə, tarixə düşəcək zərbə endirəcəyik
Ana Sayfa > Karusel / Region > Möhsün Rzai: ABŞ təxribat törətsə, tarixə düşəcək zərbə endirəcəyik

Möhsün Rzai: ABŞ təxribat törətsə, tarixə düşəcək zərbə endirəcəyik


Dünən, 21:36. Yazar: Admin

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai

 

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani ilə görüşüb.

Qarabaginfo.az-ın məlumatına görə, görüş zamanı Rzai ABŞ-a etimad etmədiklərini və Vaşinqtonun dəfələrlə diplomatiyaya və danışıqlara xəyanət etdiyini bildirib.

“ABŞ İrana qarşı hər hansı təxribat törətməyə başlasa, onların hərbi və iqtisadi maraqlarına elə bir zərbə vuracağıq ki, tarixə düşəcək”, – deyə Rzai xəbərdarlıq edib.

O əlavə edib ki, ABŞ ilk növbədə İranın şərtlərinin yerinə yetirilməsi istiqamətində praktiki addımlar atmalıdır.

“Bundan sonra İran Hörmüz boğazının açılması ilə bağlı addım atacaq”, – deyə Rzai qeyd edib.

Qətərin Baş naziri isə İranın çətin şəraitdə göstərdiyi yardımlara görə təşəkkür edib və ölkəsinin İranla əməkdaşlığa daim hazır olduğunu bildirib.


Geri dön