Ana Sayfa > Karusel / Gündəm > Səlim Müslümov həbs olunmayıb - Atası danışdı

Səlim Müslümov həbs olunmayıb - Atası danışdı


3-02-2021, 14:22. Yazar: Admin

“Səlimlə səhər danışdım, dedi “hər şey yaxşıdır, evə indi gəldim””.

 

Qarabaginfo.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında həbs xəbəri yayılan sabiq nazir Səlim Müslümovun atası Yanvar Müslümov bildirib.

 

Y.Müslümov oğlunun həbs olunmasını təkzib edib:

 

“Ola bilər harasa çağırıblar, çağırmayıblar bilmirəm, amma indi evdədir. Biz telefonda elə şeylərdən danışmırıq. Səlimin öz canı üçün dindirməyə aparıblar yoxsa yox, onu da bilmirəm. Görünür, məlumatı məqsədli şəkildə, oğlumu istəməyənlər yayıb”.

 

Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov Modern.az-a açıqlamasında Səlim Müslümovun həbs olunması ilə bağlı məlumat olmadığını deyib.

 

Daxili İşlər Nazirlyinin Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev də öz növbəsində saytımıza belə bir məlumata sahib olmadığını vurğulayıb.

 

Əldə etdiyimiz məlumata görə, sabiq nazir səhər saatlarında hüquq-mühafizı orqanları tərəfindən dindirilib və daha sonra sərbəst buraxılıb.

 

Qeyd edək ki, bu gün Unikalorg.az saytı sabiq nazirin korrupsiya faktına görə həbs olunduğu məlumatını yayıb.


Geri dön