Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Oğlu birinci sinfə gedəcək, özü isə tələbə oldu
Ana Sayfa > Karusel / Gündəm > Oğlu birinci sinfə gedəcək, özü isə tələbə oldu

Oğlu birinci sinfə gedəcək, özü isə tələbə oldu


Bu gün, 20:36. Yazar: Admin

oglu-birinci-sinfe-gedecek-ozu-ise-telebe-oldu

Məşhur aparıcı Elnarə Təhməzova bu il həyatında yeni və maraqlı bir səhifə açıb.

Qarabaginfo.az xəbər verir ki, o, Bakı Dövlət Universitetinin (BDU) Psixologiya fakültəsinə qəbul olunaraq yenidən tələbə adını qazanıb.

Televiziya rejissorluğu üzrə həm bakalavr, həm də magistr təhsili olan E.Təhməzova psixologiyaya xüsusi maraq göstərdiyini və bu sahədə təhsil almağın ən böyük arzularından biri olduğunu bildirib.

O, nəhayət, həmin arzusunu reallaşdırmaq qərarına gəlib.

Maraqlı təsadüf budur ki, bu il Təhməzovlar ailəsində ikiqat həyəcan yaşanır: Elnarə xanım ali məktəbə, oğlu Mikayıl isə birinci sinfə qədəm qoyacaq. Beləliklə, ana və oğul üçün eyni ildə yeni dərs ili, yeni başlanğıclar və yeni həyəcanlar başlayır.


Geri dön