Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > XİN Rusiyada Azərbaycan səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib, Moskvaya çağırış edib
Ana Sayfa > Karusel / Siyasət > XİN Rusiyada Azərbaycan səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib, Moskvaya çağırış edib

XİN Rusiyada Azərbaycan səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib, Moskvaya çağırış edib


Bu gün, 16:04. Yazar: Admin

XİN Rusiyada Azərbaycan səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib, Moskvaya çağırış edib

27 avqust tarixində günorta radələrində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin qonaq evi qarşısında naməlum şəxslər tərəfindən ölkəmiz əleyhinə təxribat xarakterli şəkillərin yerləşdirilməsini qətiyyətlə pisləyirik.

Bu barədə Qarabaginfo.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

“Bu qəbuledilməz təxribatın Azərbaycan-Rusiya münasibətlərinin süni şəkildə gərginləşdirilməsinə xidmət etməklə yanaşı, son dövrlərdə Rusiyanın bir sıra media resurslarında Azərbaycana qarşı aparılan çirkin və qərəzli kampaniyanın tərkib hissəsi olduğu istisna edilmir.

Azərbaycan tərəfi Rusiya Federasiyasının aidiyyəti qurumlarını bu kimi təxribatçı əməllərə lazımi hüquqi qiymət verməyə, insidentin hərtərəfli araşdırılmasını təmin etməyə və bu cür halların təkrarlanmasının qarşısını almaq üçün zəruri tədbirlər görməyə çağırır.

Rusiya tərəfinin 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olaraq Azərbaycan Respublikasının Səfirliyinin və onun əməkdaşlarının təhlükəsizliyinin lazımi səviyyədə təmin edilməsinə, habelə diplomatik nümayəndəliyin normal fəaliyyətinə mane ola biləcək hər hansı təxribatçı hərəkətlərin qarşısının alınmasına dair öhdəliklərini tam şəkildə yerinə yetirməsini gözləyirik”, - Xarici İşlər Nazirliyinin məlumatında deyilir.


Geri dön