Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Hava Limanında sərnişində narkotik vasitə aşkarlanıb
Ana Sayfa > Karusel / Kriminal > Hava Limanında sərnişində narkotik vasitə aşkarlanıb

Hava Limanında sərnişində narkotik vasitə aşkarlanıb


Bu gün, 15:41. Yazar: Admin

Hava Limanında sərnişində narkotik vasitə aşkarlanıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin və Heydər Əliyev Beynəlxalq Aeroportunun Aviasiya Təhlükəsizliyi xidmətinin əməkdaşları tərəfindən aparılan birgə nəzarət-yoxlama tədbirləri nəticəsində narkotık vasitə aşkar edilib.

Qarabaginfo.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Belə ki, Bakı-Tiflis aviareysi ilə gedən Azərbaycan vətəndaşının üzərində aparılan yoxlama zamanı gömrük nəzarətindən gizlədilən kustar üsulla hazırlanmış, ümumi təmiz çəkisi 15,849 qram narkotik vasitə - kokain aşkar olunub.

Daha sonra davam etdirilən tədbirlər nəticəsində həmin şəxsin kirayədə yaşadığı evdən 16 qrama qədər narkotik vasitə - qurudulmuş marixuana, 1 ədəd bükümdə təmiz çəkisi 2,440 qram olan çətənə bitkisinin toxumları, 2 həb psixotrop maddə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Geri dön