Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Pentaqon Əfqanıstandan qoşunların çıxarılması ilə bağlı qəsdən gizlədilmiş sənədlər aşkar edib
Ana Sayfa > Karusel / Siyasət / Dünya > Pentaqon Əfqanıstandan qoşunların çıxarılması ilə bağlı qəsdən gizlədilmiş sənədlər aşkar edib

Pentaqon Əfqanıstandan qoşunların çıxarılması ilə bağlı qəsdən gizlədilmiş sənədlər aşkar edib


Bu gün, 09:41. Yazar: Admin

Pentaqon Əfqanıstandan qoşunların çıxarılması ilə bağlı qəsdən gizlədilmiş sənədlər aşkar edib

 ABŞ Müdafiə Nazirliyinin əməkdaşları 2021-ci ildə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı qəsdən gizlədilmiş məxfi sənədlər aşkar ediblər.

Qarabaginfo.az xəbər verir ki, bunu Pentaqon rəhbərinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell bildirib.

O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası tərəfindən yaradılmış komissiya Əfqanıstandan qoşunların çıxarılması zamanı ABŞ hərbçilərinin ölümü ilə bağlı baş verənləri və məsul şəxsləri araşdırır.

“Əfqanıstanda baş verən hadisələrlə bağlı hərtərəfli araşdırma aparırıq. Gözləmədiyimiz məlumatlarla qarşılaşırıq”, – deyə Parnell X sosial şəbəkəsində yayımladığı videomüraciətdə bildirib.

Onun sözlərinə görə, yaxın zamanda komandası son dərəcə mühüm məxfi sənədlər aşkar edib.

“Açıqlanmalı olan materiallar tapılmamaları üçün seyflərdə gizlədilib. Komandam bu sənədlərlə tanış olduqdan sonra onların niyə gizlədilməyə çalışıldığının səbəbi aydın oldu”, – deyə Pentaqon rəsmisi vurğulayıb.

Parnell sənədlərin konkret olaraq hansı məsələlərə aid olduğunu açıqlamayıb. Onun sözlərinə görə, məlumatlar əlavə yoxlamalardan sonra ictimaiyyətə açıqlanacaq.


Geri dön