Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Bloomberg: Putin danışıqların nəticəsiz qalması səbəbindən Ukraynaya zərbələri gücləndirməyə hazırlaşır
Ana Sayfa > Karusel / Dünya > Bloomberg: Putin danışıqların nəticəsiz qalması səbəbindən Ukraynaya zərbələri gücləndirməyə hazırlaşır

Bloomberg: Putin danışıqların nəticəsiz qalması səbəbindən Ukraynaya zərbələri gücləndirməyə hazırlaşır


Bu gün, 09:40. Yazar: Admin

Bloomberg: Putin danışıqların nəticəsiz qalması səbəbindən Ukraynaya zərbələri gücləndirməyə hazırlaşır

Rusiya Ukraynaya qarşı daha güclü zərbələr endirməyə hazırlaşır. Kreml hesab edir ki, sülh danışıqları dalana dirənib.

Bu barədə "Bloomberg" üç mənbəyə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Rusiya hazırda Kiyevə, o cümlədən paytaxtın mərkəzinə ballistik raketlərlə zərbələrin gücləndirilməsi, eləcə də Ukraynanın digər şəhərlərində infrastruktur obyektlərinin hədəfə alınması imkanını nəzərdən keçirir.

Mənbələr bildiriblər ki, Rusiya Prezidenti Vladimir Putin iqtisadi sanksiyaların, eləcə də Ukraynanın Rusiyadakı neft emalı zavodlarına və logistika şəbəkələrinə zərbələrinin təsiri altında müharibəni dayandırmayacaq.

Onların sözlərinə görə, Moskva Ukraynanın hücumlarını daha çox NATO ölkələrinin hücumları kimi qiymətləndirməyə başlayıb. Buna səbəb kimi Alyans üzvlərinin Ukraynaya silah və kəşfiyyat məlumatları təqdim etməsi göstərilir.

Bununla belə, mənbələr hazırkı hərbi əməliyyat mərhələsinin hələ eskalasiyanın pik nöqtəsi olmadığını bildiriblər.


Geri dön