Ana Sayfa > Karusel / Dünya > KİV: ABŞ-ın müttəfiqləri Hörmüz boğazının tam minalardan təmizlənmədiyini düşünür

KİV: ABŞ-ın müttəfiqləri Hörmüz boğazının tam minalardan təmizlənmədiyini düşünür


27-08-2026, 09:34. Yazar: Admin

KİV: ABŞ-ın müttəfiqləri Hörmüz boğazının tam minalardan təmizlənmədiyini düşünür

ABŞ-ın müttəfiqləri Vaşinqtonun əksini açıqlamasına baxmayaraq, Hörmüz boğazında hələ də minaların qala biləcəyini düşünür.

Bu barədə "Bloomberg" məlumat yayıb.

Agentliyin məlumatına görə, ABŞ-ın müttəfiqləri boğazın minalardan təmizlənməsi istiqamətində yalnız qismən irəliləyiş əldə edildiyini hesab edirlər.

Müttəfiqlərin fikrincə, bəzi minalar sualtı axınların təsiri ilə ilkin mövqelərini dəyişmiş ola bilər.


Geri dön