Ana Sayfa > Karusel / Manşet / Qarabağ > Laçında Şəhər Günü münasibətilə konsert keçirilib - FOTO

Laçında Şəhər Günü münasibətilə konsert keçirilib - FOTO


Bu gün, 18:53. Yazar: Admin

Laçında Şəhər Günü münasibətilə konsert keçirilib - FOTO

Mədəniyyət Nazirliyinin və Azərbaycan Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə konsert proqramı keçirilib.

Qarabaginfo.az xəbər verir ki, konsert Həkəri çayının sahilində, açıq havada baş tutub.

Konsert proqramında müxtəlif musiqi və rəqs nömrələri təqdim olunub. İştirakçılara rəngarəng musiqi kompozisiyaları və maraqlı rəqs nümunələri nümayiş etdirilib.

Qeyd edək ki, Laçın Şəhəri Günü münasibətilə bu gün şəhərdə silsilə tədbirlər keçirilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, hər il avqustun 26-sı Laçın Şəhəri Günü kimi qeyd olunur.\Apa


Geri dön