Ana Sayfa > Karusel / İqtisadiyyat > İran müharibə nəticəsində 4200 MVt elektrik generasiya gücünü itirib
İran müharibə nəticəsində 4200 MVt elektrik generasiya gücünü itiribBu gün, 17:33. Yazar: Admin |
|
Müharibə nəticəsində İranın elektrik stansiyaları 4200 meqavat generasiya gücünü itirib. Qarabaginfo.az-ın xəbərinə görə, bunu İranın energetika naziri Abbas Əliabadi jurnalistlərə açıqlamasında deyib. Əliabadi bildirib ki, son müharibə zamanı ölkə üzrə ümumilikdə 4200 meqavat elektrik generasiya gücü itirilib və bu gücün bərpası, kompensasiya edilməsi istiqamətində işlər aparılır. O, müharibə zamanı dövlət və özəl elektrik stansiyalarına ziyan dəydiyini qeyd edib. Nazirin sözlərinə görə, dövlət elektrik stansiyaları təmir olunaraq yenidən elektrik şəbəkəsinə qoşulub, özəl elektrik stansiyalarında isə təmir işləri davam edir. Əliabadi həmçinin bildirib ki, zərər görmüş bütün elektrik stansiyalarının gələn ilin yayına qədər yenidən şəbəkəyə qoşulması planlaşdırılır. Geri dön |