2026-cı ilin ilk yarısında Laçın rayonunda 419 uşaq doğulub.
Məlumata görə, yanvar-iyun aylarında doğulan uşaqların 222-si oğlan, 197-si qız olub.
Hesabat dövründə rayonun şəhər yerlərində 80 doğum qeydə alınıb. Onlardan 52-si oğlan, 28-i qızdır. Kənd yerlərində isə 339 uşaq dünyaya gəlib. Bu uşaqların 170-i oğlan, 169-u qız olub.
Müqayisə üçün, 2025-ci il ərzində Laçın rayonunda ümumilikdə 937 doğum qeydə alınıb. Onların 545-i oğlan, 392-si qız olub.
Bundan əlavə, ötən il şəhər yerlərində 151 uşaq - 89 oğlan və 62 qız, kənd yerlərində isə 786 uşaq - 456 oğlan və 330 qız doğulub.
Xatırladaq ki, bu gün Laçın Şəhər Günü olaraq qeyd edilir./modern.az