Ana Sayfa > Karusel / Gündəm > Koronavirus xəstəsinin qaçmasına DİN-dən REAKSİYA
Koronavirus xəstəsinin qaçmasına DİN-dən REAKSİYA3-02-2021, 11:46. Yazar: Admin |
"Sosial şəbəkələrdə aktiv koronavirus xəstələrinin xəstəxanadan qaçması ilə bağlı yayılan məlumatlar əsassızdır, yalandır".
Qarabaginfo.az xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
O qeyd edib ki, yayılan məlumatlar tam və hərtərəfli olaraq yoxlanılıb:
"Sosial şəbəkə istifadəçilərinə tövsiyə edirik ki, hər hansı məlumatı paylaşarkən diqqətli olsunlar".
Qeyd edək ki, sosial şəbəkə istifadəçilərindən biri 25 nəfər COVID-19 xəstəsinin Bakıdakı xəstəxanadan qaçdığını iddia edib. Geri dön |