Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Paşinyan Köçəryanı birbaşa ittiham etdi –“"Öldürün" əmrini verən o olub”
Ana Sayfa > Karusel / Region > Paşinyan Köçəryanı birbaşa ittiham etdi –“"Öldürün" əmrini verən o olub”

Paşinyan Köçəryanı birbaşa ittiham etdi –“"Öldürün" əmrini verən o olub”


Dünən, 22:00. Yazar: Admin

 

Ermənistanın Baş naziri Nikol Paşinyan 2008-ci il martın 1-də İrəvanda baş verən qanlı hadisələrlə bağlı keçmiş prezident Robert Köçəryanı birbaşa ittiham edib.

Paşinyan avqustun 25-də parlamentdə hökumətin beşillik proqramının müzakirəsi zamanı bildirib ki, “1 mart işi”nin açılmadığı barədə deyilənlər həqiqəti əks etdirmir.

Onun sözlərinə görə, cinayət işində açılmamış heç bir epizod yoxdur.

“Deyirlər ki, ‘1 mart işi’ açılmayıb. ‘1 mart işi’ açılıb. Sadəcə, Ermənistanda hüquq-mühafizə sistemi mafioz təsirlər səbəbindən ona lazımi hüquqi qiymət vermir”, – Paşinyan bildirib.

Baş nazir daha sonra çox ağır ittiham səsləndirib:

“Aydındır ki, qətllər barədə əmri Robert Köçəryan verib. Hər şey tam şəkildə açılıb”.

Paşinyanın sözlərinə görə, Ermənistanın məhkəmə-hüquq sistemi bu iş üzrə siyasi iradə nümayiş etdirməyib. O, məhkəmə sisteminin hökumətdən müstəqil olduğunu, lakin işlərin araşdırılmasının müxtəlif təsirlər nəticəsində ləngidilə bildiyini də iddia edib.

Robert Köçəryan 2008-ci il martın 1-də baş verən hadisələrlə bağlı daha əvvəl də istintaqa cəlb olunmuşdu. Həmin il prezident seçkilərindən sonra İrəvanda keçirilən etiraz aksiyaları zamanı toqquşmalar nəticəsində azı 10 nəfər həlak olmuşdu. Köçəryan həmin ittihamları dəfələrlə rədd edib


Geri dön