Bakıda marşrut avtobusu betonqarışdıran maşınla toqquşub.
"Qarabaginfo" "Apa.az"a istinadən xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb. 214 saylı xətt üzrə hərəkətdə olan marşrut avtobusu betonqarışdıran maşınla toqquşub.
Qəza nəticəsində iki nəfər xəsarət alıb. Onlar avtobusda olan sərnişinlər – 1955-ci il təvəllüdlü Əmrahova Gülxanım Vəli qızı və 2004-cü il təvəllüdlü Alışov Əmrah Əliağa oğludur.
Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri qənaətbəxşdir.