Ermənistan Prokurorluğu Robert Köçəryanla əlaqəli şirkətlərin direktorlarına qarşı cinayət işi açıb.
"Armenpress"in məlumatına görə, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Ermənistan Prokurorluğu xüsusilə külli miqdarda vergidən yayınma ittihamı ilə "Gritti" MMC-nin hazırkı direktoru, həmin şirkətin keçmiş direktoru Q.M., "PLAY CITY" ticarət nişanı altında fəaliyyət göstərən "FAST KART" MMC-nin direktoru A.A. və "Kinetik" QSC-nin direktoru K.A.-ya qarşı cinayət işi açıb.