Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Bəzi rayonlarda leysan olacaq, temperatur 4–8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ana Sayfa > Karusel / Sosial > Bəzi rayonlarda leysan olacaq, temperatur 4–8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Bəzi rayonlarda leysan olacaq, temperatur 4–8 dərəcə enəcək - XƏBƏRDARLIQ


25-08-2026, 18:42. Yazar: Admin

Bəzi rayonlarda leysan olacaq, temperatur 4–8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Avqustun 26-dan 29-dək Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə Qarabaginfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Ölkə ərazisində havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 4–8 dərəcə enəcəyi gözlənilir.


Geri dön