Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Rubio və Almaniya XİN başçısı Rusiya-Ukrayna müharibəsində davamlı sülhü müzakirə edib
Ana Sayfa > Karusel / Dünya > Rubio və Almaniya XİN başçısı Rusiya-Ukrayna müharibəsində davamlı sülhü müzakirə edib

Rubio və Almaniya XİN başçısı Rusiya-Ukrayna müharibəsində davamlı sülhü müzakirə edib


25-08-2026, 09:20. Yazar: Admin

ABŞ dövlət katibi Marko Rubio

 

ABŞ dövlət katibi Marko Rubio ilə Almaniyanın xarici işlər naziri Yohann Vadeful arasında telefon danışığı olub.

Qarabaginfo.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin məlumatına görə, tərəflər Rusiya-Ukrayna müharibəsi ətrafındakı vəziyyəti müzakirə ediblər və iki ölkə arasında davamlı sülhün əldə olunmasının vacibliyini vurğulayıblar.

Telefon danışığı zamanı həmçinin Hörmüz boğazında gəmiçiliyin azad və təhlükəsiz şəkildə həyata keçirilməsinin təmin olunması məsələsi müzakirə edilib. Tərəflər İranın nüvə silahı hazırlamaması və ya əldə etməməsinin vacibliyinə dair mövqelərini də təsdiqləyiblər.


Geri dön