Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Böyük Britaniya süni intellekt təlimi üçün Ukraynanın döyüş meydanlarından əldə olunan məlumatlara çıxış əldə edəcək
Ana Sayfa > Karusel / Dünya > Böyük Britaniya süni intellekt təlimi üçün Ukraynanın döyüş meydanlarından əldə olunan məlumatlara çıxış əldə edəcək

Böyük Britaniya süni intellekt təlimi üçün Ukraynanın döyüş meydanlarından əldə olunan məlumatlara çıxış əldə edəcək


25-08-2026, 09:19. Yazar: Admin

Böyük Britaniya süni intellekt təlimi üçün Ukraynanın döyüş meydanlarından əldə olunan məlumatlara çıxış əldə edəcək

Böyük Britaniya Ukraynanın döyüş meydanlarından əldə olunan və süni intellekt sistemlərinin hazırlanmasında istifadə edilən məlumat bazasına çıxış əldə edəcək.

Qarabaginfo.az xəbər verir ki, Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, bununla bağlı saziş avqustun 24-də Böyük Britaniyanın baş naziri Endi Bernhemin Kiyevə səfəri zamanı imzalanıb.

Saziş çərçivəsində London Ukraynanın “Avengers AI Labs” süni intellekt laboratoriyasının məlumat bazasından istifadə edə biləcək. Platformada real döyüş şəraitində toplanan məlumatlar və informasiyalar yer alır. Bu məlumatlar Ukraynadakı döyüş bölgələri boyunca quraşdırılmış minlərlə müşahidə kamerası və infraqırmızı sensor vasitəsilə toplanır.

Britaniya Müdafiə Nazirliyi bildirib ki, əldə olunan məlumatlardan ilk növbədə hər iki ölkənin müdafiəsi və milli təhlükəsizliyinin təmin edilməsi məqsədilə istifadə olunacaq.

 


Geri dön