Ana Sayfa > Karusel / Dünya > ABŞ Kubaya qarşı ticarət məhdudiyyətlərinin müddətini uzadıb
ABŞ Kubaya qarşı ticarət məhdudiyyətlərinin müddətini uzadıbBu gün, 08:59. Yazar: Admin |
|
ABŞ Kubaya qarşı ticarət məhdudiyyətlərinin müddətini daha bir il - 14 sentyabr 2027-ci ilə qədər uzadıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın hökumətin federal reyestrində dərc olunmuş bəyanatında bildirilib. Sənəddə ticarət embarqosunun uzadılmasının ABŞ-nin milli maraqlarına uyğun olduğu qeyd edilir. Xatırladaq ki, ABŞ 1961-ci ildə Amerikanın adadakı əmlakının milliləşdirilməsindən sonra Kuba ilə diplomatik münasibətləri kəsib, bundan sonra ticarət və iqtisadi embarqo tətbiq edib. Geri dön |