Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada “Poyi-Kalon” kompleksi ilə tanış olub
Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada “Poyi-Kalon” kompleksi ilə tanış olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada “Poyi-Kalon” kompleksi ilə tanış olub


Bu gün, 16:56. Yazar: Admin

Prezident İlham Əliyev

 

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri Buxara şəhərində “Poyi-Kalon” kompleksi ilə tanış olublar.

 

Bu kompleksin adı “Böyüyün ətəyində” mənasını verir. Onun əsas abidələrindən biri olan Kalon minarəsi 1127-ci ildə inşa olunub.

Kalon məscidi Buxaranın ən böyük məscididir. XVI əsrdə inşa olunan məsciddə eyni anda 12 min insanın ibadət etməsi mümkündür.

Kompleksdəki Mir-i Ərəb mədrəsəsi dini təhsil müəssisəsidir. Mədrəsə XVI əsrdə Abdullah Yəməni - Mir-i Ərəb tərəfindən inşa etdirilib.


Geri dön