Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Daxili işlər naziri Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Ana Sayfa > Karusel / Cəmiyyət > Daxili işlər naziri Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

Daxili işlər naziri Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirəcək


Bu gün, 16:41. Yazar: Admin

Daxili işlər naziri Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

24 avqust 2026 16:38 (UTC +04:00)

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 1-də Sumqayıt şəhərində növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.

Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qəbula yazılmaq istəyən şəhər sakinləri Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı 31.08.2026-cı il tarixinədək yaşadıqları ərazinin polis orqanına, habelə Nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

"Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı sentyabrın 1-də saat 08:00-da DİN Daxili Qoşunların Sumqayıt şəhərində yerləşən hərbi hissəsində keçiriləcək. Qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur", - məlumatda qeyd edilib.


Geri dön