Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Rusiya ilk dəfə Türkiyədən benzin almağa başladı– 200 min barel yoldadır
Ana Sayfa > Karusel / İqtisadiyyat > Rusiya ilk dəfə Türkiyədən benzin almağa başladı– 200 min barel yoldadır

Rusiya ilk dəfə Türkiyədən benzin almağa başladı– 200 min barel yoldadır


Bu gün, 16:23. Yazar: Admin

 

Rusiya daxili bazarda yaranmış benzin çatışmazlığını azaltmaq məqsədilə xaricdən növbəti yanacaq partiyasını almağa hazırlaşır. Bu dəfə ölkəyə ilk dəfə Türkiyədən benzin gətiriləcək.

Bu barədə S&P Global Commodities at Sea məlumat yayıb.

Məlumata görə, Türkiyənin Mersin limanında yüklənmiş orta ölçülü “Wendrix” tankeri gələn həftə Rusiyaya çatmalıdır.

Tanker təxminən 200 min barel benzin daşıyır.

Bu, iyul ayından etibarən Rusiyaya dəniz yolu ilə göndərilən beşinci benzin partiyası olacaq. Türkiyədən həyata keçirilən bu tədarük isə ilk belə idxaldır.

Bildirilir ki, yanacaq idxalının artırılması Rusiyanın daxili bazarında yaranan benzin çatışmazlığını yumşaltmağa xidmət edir.

Qeyd olunur ki, Mersin limanı Ukraynanın sanksiya siyahısındadır. “Wendrix” tankeri isə Avropa İttifaqı, Böyük Britaniya, Ukrayna və İsveçrənin sanksiyaları altındadır.


Geri dön