Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Tramp gələn ay İrlandiyaya səfər edəcək
Ana Sayfa > Karusel / Dünya > Tramp gələn ay İrlandiyaya səfər edəcək

Tramp gələn ay İrlandiyaya səfər edəcək


Bu gün, 09:16. Yazar: Admin

Tramp gələn ay İrlandiyaya səfər edəcək

ABŞ Prezidenti Donald Tramp gələn ay İrlandiyaya səfər edərək özünün Doonbegdəki qolf meydançasında keçiriləcək “Irish Open” turnirini izləyəcək.

“New York Post”un məlumatına görə, Tramp sentyabrın 12-13-də İrlandiyada olacaq.

Səfər zamanı ABŞ səfirliyinin əməkdaşları və biznes nümayəndələri ilə görüşlər də nəzərdə tutulur.

Səfərin əsas hissəsinin Trampın İrlandiyanın Klar qraflığının Danbis şəhərində yerləşən “Trump International Golf Links & Hotel” kompleksində keçirilməsi gözlənilir.


Geri dön