Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
Ana Sayfa > Karusel / Siyasət > Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb

Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb


Dünən, 22:22. Yazar: Admin

Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb

"Ukrayna "Şimal axını" qaz kəmərlərinin 2022-ci ildə partladılmasında iştirak etməyib."

Qarabaginfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Zelenski mətbuat konfransında "Şimal axını-2"nin partladılması ilə bağlı istintaqın davam etdiyini deyib.

"Ukraynanın bununla heç bir əlaqəsi yoxdur. Baş verənlərin təfərrüatları isə istintaqın predmetidir", – Zelenski bildirib.

O qeyd edib ki, Kiyev bu məsələ ilə bağlı Almaniya və digər tərəfdaşlarla yüksək səviyyədə əlaqə saxlayır və istintaqa kömək etməyə hazırdır.

Məlumata görə, "Şimal axını" partlayışları ilə bağlı Ukrayna vətəndaşları da saxlanılıb. Bununla belə, Ukrayna Baş Prokurorluğu kəmərlərin partladılmasında Ukraynanın iştirakının müəyyən edilmədiyini açıqlayıb.

 


Geri dön