Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Azərbaycan Prezidenti: Mərkəzi Asiya və Azərbaycan böyük potensiala malik vahid geosiyasi və iqtisadi regiondur
Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan Prezidenti: Mərkəzi Asiya və Azərbaycan böyük potensiala malik vahid geosiyasi və iqtisadi regiondur

Azərbaycan Prezidenti: Mərkəzi Asiya və Azərbaycan böyük potensiala malik vahid geosiyasi və iqtisadi regiondur


Dünən, 21:56. Yazar: Admin

Azərbaycan Prezidenti: Mərkəzi Asiya və Azərbaycan böyük potensiala malik vahid geosiyasi və iqtisadi regiondur

Mərkəzi Asiya və Azərbaycan böyük potensiala malik, həm də gələcəkdə daha böyük inkişaf imkanları olan vahid geosiyasi və iqtisadi regiondur.

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev lə mətbuta birgə bəyanatında bildirib.

“Şavkat Mirziyoyevin qeyd etdiyi kimi, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulmasından və bu məsələdə, yeri gəlmişkən, onun xüsusi rolundan sonra əməkdaşlığın coğrafiyası genişlənib. Bu gün Mərkəzi Asiya və Azərbaycan böyük potensiala malik, həm də gələcəkdə daha böyük inkişaf imkanları olan vahid geosiyasi və iqtisadi regiondur. Bu geniş, artıq kifayət qədər inteqrasiya olunmuş regionun ümumi müsbət inkişaf dinamikası böyük ölçüdə bizim – Özbəkistan və Azərbaycanın – sıx qarşılıqlı fəaliyyətimizdən asılıdır”, - deyə dövlət başçısı qeyd edib.


Geri dön