Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Şavkat Mirziyoyev: “İki ölkə – bir çempionat” proqramının hazırlanması lazımdır
Ana Sayfa > Karusel / Siyasət > Şavkat Mirziyoyev: “İki ölkə – bir çempionat” proqramının hazırlanması lazımdır

Şavkat Mirziyoyev: “İki ölkə – bir çempionat” proqramının hazırlanması lazımdır


Dünən, 21:53. Yazar: Admin

Şavkat Mirziyoyev: “İki ölkə – bir çempionat” proqramının hazırlanması lazımdır

“İki ölkə – bir çempionat” proqramının hazırlanması lazımdır.

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikası və Özbəkistan Respublikası Ali Dövlətlərarası Şuranın üçüncü iclasında Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev bildirib.

“Gələn il ölkələrimizdə, bu barədə də danışmışıq, mühüm idman tədbiri – gənclər arasında futbol üzrə dünya çempionatı keçiriləcək. Bununla əlaqədar yarışların başlanmasına qədər keçiriləcək idman, mədəniyyət və gənclər tədbirlərimizi birləşdirəcək genişmiqyaslı “İki ölkə – bir çempionat” proqramının hazırlanması lazımdır.

Həmçinin Özbəkistan-Azərbaycan idman oyunlarının təsis edilməsini təklif edirik. Bu çərçivədə gənclər yalnız idman arenalarında deyil, həm də intellektual yarışlarda mübarizə apara bilərlər. Əgər bunu komandalarımıza tapşırsaq, çox yaxşı olar”, - deyə Şavkat Mirziyoyev qeyd edib.


Geri dön